Haqqımızda

Oğuz nəşriyatı

Artıq 8 ildirki, fəaliyyət göstərən Oğuz nəşriyyatı qısa müddət ərzində yaransada Azərbaycanda tanınmış nəşriyatlardan birinə çevrilmişdir və inkişaf etmişdir.

Oğuz nəşriyatı Azərbaycan, Rus və İngilis dillərində keyfiyyətli və elmi cəhətdən zəngin testlər, sınaq imtahanları və kitablar nəşr edir.

 

Test kitabçalarının hazırlanması elmi bir prosesdir. Müəllimlər müxtəlif növ suallar (açıq, qapalı, uyğunluq, doğru/yanlış) hazırlayaraq şagirdlərin bilik səviyyəsini və düşünmə qabiliyətini qiymətləndirirlər. Hazırlanan test tapşırıqları redaktə olunaraq nəzərdən keçirilir. Bu mərhələdə mətinin düzgünlüyü, aydınlığı yoxlanılır. Dizayn mərhələsində isə test kitabçasının oxunaqlı və cəlbedici olması üçün düzgün formatlardan, dizaynlardan istifadə olunur.

-Blok və buraxılış imtahanları Rus və Azərbaycan dilində hər bir kitabçada 3 fənn olmaqla DİM-in qoyduğu qaydalara əsasən tərtib olunur. Sınaqlar yazılarkən fənlərdə açıq suallarla bərabər həlli tələb olunan, situasiya və isbat suallarıda hazırlanır.

 

-Bilik yarışı və təkmilləşdirmə imtahanları üçün hazırlanan sınaq imtahanları məktəb proqramına əsasən hazırlanır (Azərbaycan dili, riyaziyyat, məntiq, ingilis dili, rus dili informatika və həyat bilgisi). Testin dizayı və quruluşu isə şagirdləri həvəsləndirəcək və testləri daha maraqlı edəcək rəngli şəkildə hazırlanır.

 

-İmtahandan sonra sınaq imtahanları nəşriyatımızda xüsusi aparat vasitəsi ilə düzgün və dəqiqi şəkildə yoxlanılır və nəticələr qısa müddət ərzində Oğuz Nəşriyatının saytına yerləşdirilir.

 

-Magistr imtahanı Azərbaycan və rus dillərində hazırlanır. DİM-in təşkil etdiyi qaydalara əsasən dinləmə, esse, mətn, qapalı və açıq suallardan ibarət olur.

 

-Online imtahanlar (Miq, magistr, dövlət qulluğu) hazırlanarkən suallar yerləşdirilir, cavab variantları və qiymətləndirmə meyyarları hazırlanaraq Oğuz nəşriyatının saytına yerləşdirilir. Və imtahan bitdikdən sonra nəticələr qeyd edilir. Suallar müxtəlif formatlarda olur (qapalı, açıq, çox seçimli, uyğunluq). İmtahanın müddəti DİM-in qoyduğu qanunlara əsasən müəyyənləşdirilir.

 

-Hər bir imtahan üçün Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi qaydaya əsasən cavab kağızları hazırlanır və bu cavab kağızları üzərində qapalı, açıq və uyğunluq testləri üçün meyarlar ayırılır. Buraxılış və Blok sınaq imtahanları keçirilərkən açıq sualları cavablandırmaq üçün hazırlanmış situasiya kağızları verilir.

Cavab kartını göy diyircəkli qələmlə dairənin içini tam kənara çıxmadan doldurmaq lazımdır. Eyni xanada birdən çox dairəni qaralamaq olmaz.

 

Nəşr olunan kitablara daxildir-orta və ali təhsil üçün dərsliklər. Abituriyentlər, Magistrlar və bir çox sahələrə hazırlaşanlar üçün test və nəzəri kitablar. Kitablar Azərbaycan, Rus və İngilis dillərində Dövlət İmtahan Mərkəzinin (DİM) verdiyi proqrama əsasən hazırlanır.

 

Test kitabçaları nəşr olunduqdan sonra müxtəlif növ çap texnologiyalarından istifadə edərək keyfiyyətli şəkildə çap edilir.

 

Oğuz nəşriyatı gələcəkdə daha müasir texnologiyalardan istifadə edərək bu sahədə daha da inkişaf etməyi, fəal rol oynamağı və Azərbaycanda bir nömrəli nəşriyat olmağı planlaşdırır!!!

 

 

 

 

 

Telefon (+99477) 425 12 02 (+99477) 336 12 02
Adres Elmlər/ F: Ünvan: Elmlər Akademiyası m/st., Mətbuat PR. 31, köhnə Ofko Göz klinikasının binası